ZIRVE

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
    • AAAF Park Xırdalan
    • AAAF Park Astara
    • YARIŞ CƏDVƏLİ
  • XƏBƏRLƏR

    MEDİA ÜÇÜN

    • HAQQIMIZDA
    • YARIŞ CƏDVƏLİ
    • FOTOQALEREYA
    • VİDEOQALEREYA
    • ƏLAQƏ

    www.zirvegames.com
    www.zirveisc.com

    SON XƏBƏRLƏR

    • Ətraflı + May 1, 2020 By Zirve Games in Basketbol, News

      COVİD-19-A QARŞI 19 TOP ATIŞI İLƏ!

    • Ətraflı + June 3, 2019 By Zirve Games in News

      7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları uşaq basketbolu yarışları ilə başa çatdı

    • Ətraflı + May 31, 2019 By Zirve Games in Çimərlik Futbolu, News

      “Xəzər Lənkəran” Zirvə Oyunlarının qalibi oldu

    • Ətraflı + May 30, 2019 By Zirve Games in News

      7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında kamandan oxatma və atıcılıq yarışları baş tutdu

    • Ətraflı + May 28, 2019 By Zirve Games in News

      28 may – Respublika Günüdür!

    • Ətraflı + By Zirve Games in Boks, News

      7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında boksçuların yarışı yüksək səviyyəli təşkilatçılıqla müşayiət olundu

  • FOTOQALEREYA
  • VİDEOQALEREYA
  • ƏLAQƏ
  • NÖVLƏR

    İDMAN NÖVLƏRİ

    Zirve International Children's Games yarışları zamanı 26 idman növü üzrə 5-28 May tarixləri arasında yarışlar keçiriləcək.

    • Ağır Atletika
    • Atçılıq
    • Atıcılıq
    • Atletika
    • Badminton
    • Basketbol
    • Bədii Gimnastika
    • Boks
    • Çimərlik Futbolu
    • Cüdo
    • Futbol
    • Güləş (sərbəst)
    • Güləş (Yunan-Roma)
    • İdman Gimnastikası
    • Karate
    • Kartinq
    • Kikboksinq
    • Qılıncoynatma
    • Şahmat
    • Stolüstü tennis
    • Taekvondo
    • Tennis
    • Üzgüçülük
    • Voleybol
    • Voleybol (çimərlik)
  • ANA SƏHİFƏ
  • News
  • 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında çimərlik voleybolu yarışları AAAF Park Astarada keçirildi
 

Sports News

26 May 2019 / Published in News, Voleybol (çimərlik)

7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında çimərlik voleybolu yarışları AAAF Park Astarada keçirildi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə çimərlik voleybolçularına çatıb.

Astara şəhərində yerləşən AAAF Parkın ərazisindəki çimərlikdə qurulan xüsusi çimərlik voleybolu meydançası Avropa və dünya səviyyəli müvafiq yarışların keçirilməsi üçün bütün standartlara uyğunlaşlaşdırılmışdı. Paytaxt və regionları təmsil edən 9-u qız, 10-u oğlan olmaqla ümumi 19 komanda Oyunların qalibi olmaq üçün mübarizə apardı. Yeniyetmə voleybolçular iki gün ərzində gözəl oyun nümayiş etdirdilər, əyləncəli vaxt keçirərək əsl böyük turnir təcrübəsi yaşadılar. Yarışları izləyənlər arasında çoxsaylı yüksək çinli qonaqlar – voleybol veteranları, Gənclər və İdman Nazirliyi və müxtəlif klubların nümayəndələri, həmçinin Astara şəhəri İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də vardı. Bu voleybol bayramını izləmək hər kəs üçün böyük zövq idi.

Qızların yarışında finalda “Zirvə” təmsilçiləri üz-üzə gəldilər. “Zirvə 2” komandası hər iki setdə “Zirvə 1” üzərində qələbə qazanaraq qızıl medallara sahib çıxdı. Bürünc medal isə “Xətai 1”i 2:0 hesabı ilə məğlub edən “Azərreyl 2” komandasına qismət oldu.

Oğlanlarda isə finalda ən güclü tərəf “Neftçi 1” oldu.  “Masallı-Zirvə” komandasına qalib gələn “ağ-qaralar” fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Bürünc medalı isə “Zirvə 2”-ni məğlub edən “Neftçi 2” komandası boynundan asdı.

Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu. Bununla yanaşı, qızlarda yarışların ən kiçik iştirakçısı və “Azarkeşlərin simpatiyası” nominasiyasının qalibinə xatirə hədiyyələri də verildi.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 190, The access token could not be decrypted

Növbəti məqalə

7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında kartinq yarışı baş tutdu
7-ci “Zirvə Oyunları”nda tennis yarışları baş tutdu
Türkiyə atletlərindən üçdə üç: Aladdin Sayından qızıl medal!

SON YAZILAR

  • COVİD-19-A QARŞI 19 TOP ATIŞI İLƏ!

    8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına start ver...
  • Bağlanış

    ...
  • Bağlanış

    ...
  • 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları uşaq basketbolu yarışları ilə başa çatdı

    5-28 may tarixlərində Xırdalan və Astara şəhərl...
  • Boks

    ...
  • Haqqımızda
  • AAAF Astara
  • AAAF Xırdalan
  • Yarış Cədvəli
  • Fotoqalereya
  • Videoqalereya

www.zirvegames.com

  • HAQQIMIZDA
  • YARIŞ CƏDVƏLİ
  • AAAF Park Astara
  • AAAF Park Xırdalan
  • FOTOQALEREYA
  • VİDEOQALEREYA
  • ƏLAQƏ

SOSİAL MEDİA

Made with love by Neharada.az.

YUXARI
Translate »